Accessibility links

İran və rəsmi Ankara əlaqələri gücləndirir


Baxışların fərqli olmasına baxmayaraq, tərəflər Suriya böhranın həllində əməkdaşlıq etmək razılığına gəlib

Türkiyə və İranın Xarici İşlər nazirləri cümə günü ticarət əlaqələrinin genişləndirməyə və Suriya böhranınn həllində münaqişəyə baxışlarının fərqli olmasına baxmayaraq, əməkdaşlıq etməkdə razılığa gəliblər.

Birgə keçirilən mətbuat konfransında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin bir qrup hərbçi tərəfindən edilən və 270 adamın həyatına son qoyan çevriliş cəhdindən sonra Türkiyəyə olan dəstəyindən danışıb.

Türkiyə Xarici İşlər naziri Mövlut Çavuşoğlu iranlı həmkarına təşəkkür edib. Çavuşoğlu Zərifin dəstəyinin mühim olduğunu vurğulayıb.

“Çevriliş cəhdi baş verən gün mən və mənim dostum Cavad Zərif bütün gecəni yata bilmədik. O, başqa ölkələrin xarici işlər nazirlərindən mənimlə ən çox danışan nazir olub. Biz Zəriflə gecə ərzində beş dəfə telefonla danışdıq,” deyə Çavuşoğlu bildirib.

Xatırladaq ki, son beş ildə İranın rəqibləri Səudiyyə Ərəbistanı və Qətər regionda rəsmi Ankaranın ən yaxın müttəfiqləri olub. Onlar birlikdə İranın dəstəklədiyi Suriya rejiminə qarşı fəal mübarizə aparan müxalif qüvvələri dəstəkləyib.

XS
SM
MD
LG