Accessibility links

‘İran Türklərinin Kimlik Renessansı’ Türkiyənin kitab bazarında


Təbrizli araşdırmaçı yazar Ələsgər Haqdarın təqribən bir il öncə fars dilində nəşr etdiyi İran “Türklərinin Kimlik Renessansı” kitabının türkcə tərcüməsi bu yaxınlarda Türkiyədə dərc edilib.

Məcid Arazın türk dilinə çevirdiyi kitab Ankarada Son Çağ Yayınevi tərəfindən 283 səhifədə satışa hazırlanıb.

Tarixçi yazarın yeni kitabında İranın müxtəlif dövrlərində türklərin varlığını dəyərləndirməklə yanaşı, İran Azərbaycanında türk toplumunun siyasi, mədəni və coğrafi kimlikləri və həmin kimliklər üzərindən assimilyasiyaya məruz qalması incələnir.

Ələsgər Haqdar
Ələsgər Haqdar

Ələsgər Haqdar kitabının fars dilində nəşrindən sonra Amerikanın Səsinə müsahibə vermişdi. O, kitabın əsas məzmunun türklərin kimlik hekayəsinin formalaşdırılması üzərində qurulduğunu önə çəkib.

Tarix və ədəbiyyat sahələrində 40-dan artıq kitabın müəllifi olan Ələsgər Haqdar həmçinin, kitablarını artıq İranda nəşr edə bilmədiyini və keçmişdə ölkə daxilində çap edilmiş kitablarının yenidən yayımlanmasına icazə verilmədiyini deyib.

O, 2014-cü ildə Human Rights Watch təşkilatı tərəfindən təsis edilən və fəaliyyətləri üzündən siyasi basqılarla üzləşən yazarlara verilən Helman/Hammett mükafatına layiq görülüb.

XS
SM
MD
LG