Accessibility links

İran: ABŞ və Britaniyanın Yəmənə hücumları "gərginliyi artırır"


İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani

İran bazar günü ABŞ və Britaniyanın Yəmənə son zərbələrini pisləyərək, bunun regionda "gərginliyiə və böhranın artmasına" yol açdığını bildirib.

Şənbə günü Amerika və Britaniya qüvvələri İranın dəstəklədiyi qrupun Qırmızı dənizdə gəmi nəqliyyatına hücumlarına cavab olaraq, Yəməndə husilərin 18 hədəfinə yeni zərbələr endirib.

"Bu cür hücumlarla Amerika və Britaniya regionda gərginliyi və böhranı artırmağa, müharibə və qeyri-sabitliyin miqyasını genişləndirməyə çalışır", İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

"Əlbəttə, bu cür özbaşına və təcavüzkar hərbi əməliyyatlar regionda qeyri-sabitliyi və təhlükəni gücləndirməkdən başqa bu təcavüzkar ölkələrə heç nə verməyəcək" - deyə, Kanani əlavə edib.

Daha sonra o, ABŞ və Britaniyanı İsrailin Qəzzada ölümcül kampaniyasını dayandırmaq üçün "təcili və təsirli addımlar atmamaqda" ittiham edib.

Husilər deyirlər ki, onların Qırmızı dənizdə gəmiçiliyə hücumları müharibədən zərər çəkmiş Qəzzada fələstinlilərə dəstək məqsədi daşıyır.

İsrailin Qəzzada hərbi kampaniyası Fələstin silahlı qruplaşması HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna misli görünməmiş terror hücumundan sonra başlayıb.

İran HƏMAS-ı dəstəkləsə də, oktyabrın 7-də baş verən hücumda əli olduğunu inkar edir.

Müharibə başlayandan bəri regionda gərginlik kəskin şəkildə artıb və İranın Livan, İraq, Suriya və Yəməndə dəstəklədiyi qrupların iştirakı ilə zorakılıqlara gətirib çıxarıb.

Şənbə günü baş verən hücumlardan sonra Pentaqon rəhbəri Lloyd Austin bildirib ki, Birləşmiş Ştatlar "lazım gələrsə, dünyanın ən mühüm su yollarından birində insanların həyatını və ticarətin sərbəst axınını qorumaq üçün hərəkətə keçməkdən çəkinməyəcək".

Husilərin hərbi sözçüsü Yəhya Sari Qəzzada "təcavüz dayanana qədər" hücumların davam edəcəyini bildirib.

İslam Respublikası daha əvvəl bölgədə "müqavimət qrupları" adlandırdığı qrupları dəstəkləməyi "vəzifəsi" olaraq gördüyünü bildirsə də, onların qərar və fəaliyyətlərində "müstəqil" olduqlarında israr edib.

Forum

XS
SM
MD
LG