Accessibility links

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırıb


İranın Amerika hədəflərinə hücum planlaşdırması ehtimalına qarşı ABŞ Abraham Linkoln döyüş təyyarə gəmisi və dörd B-52 bombardmançı qrupu Yaxın Şərq bölgəsinə çatıb.

Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının sözçüsü Amerikanın Səsinə döyüş təyyarə gəmisinin çərşənbə günü, B-52 taktik bombardmançı qrupunun isə regiona Hörmüz körfəzi vasitəsilə cümə axşamı daxil olduğunu bildirib.

Onlar çox təhdid etdilər və biz ölkəmizi və və bir çox başqa dövlətlərin təhlükəsizliyini qorumalıyıq

Prezident Donald Tramp regionda hərbi mövcudluğun artırıldığından danışarkən deyib. "Bilmək istəmədiyiniz məlumatlar var. Onlar çox təhdid etdilər və biz ölkəmizi və və bir çox başqa dövlətlərin təhlükəsizliyini qorumalıyıq."

Amerika hərbi qüvvələri Yaxın Şərqdə hərbi qüvvələrini Avropa liderlərinin İranın nüvə proqramını dayandırması ilə bağlı razılığa məhəl qoymayaraq, təhdidlərindən ehtiyat etdikdən sonra artırıb.

Birləşmiş Ştatların nüvə proqramı ilıə bağlı razılaşmadan çıxmasına baxmayaraq, prezident Donald Tramp çərşənbə günü İrana qarşı əlavə sanksiyalar tətbiq edib. Yeni sanksiyalar polad, alüminium, mis və dəmir istehsalına aiddir. Sənəddə İranın metal istehlakçılarına, həm də onlarla ticarət edənlərə qarşı məhdudiyyətlər nəzərdə tutulub.

ABŞ-ın yeni sanksiyaları İranın nüvə razılaşması çərçivəsində müəyyən öhdəlikləri yerinə yetirilməkdən imtina etməsindən sonra tətbiq edilib.


Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG