Accessibility links

İranda həbsdən azad edilmiş Sara Şörd ABŞ-a qayıdır


Hava limanında qısa bəyanatla çıxış edən Sara Şörd Oman rəsmilərinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və hələ də İranda məhbəsdə qalan Şeyn Bauer və Coş Fatal üçün dua edib

Bir ildən artıqdır İranda həbs edildikdən sonra azad edilmiş amerikalı Sara Şörd ABŞ-a qayıdır. O bu gün Omandan təyyarə ilə Nyu Yorkda gəlir. Hava limanında qısa bəyanatla çıxış edən Sara Şörd Oman rəsmilərinə göstirilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və hələ də İranda məhbəsdə qalan Şeyn Bauer və Coş Fatal üçün dua edib. İran rəsmiləri üç amerikalını İraqla sərhəddən İrana keçdikdən sonra casusluqda ittiham edərək həbs ediblər. Lakin amerikalıların ailə üzvləri onların sərhəddi səhvən keçdiklərini deyir. İran rəsmiləri Sara Şördu Oman rəsmilərinin yardımı ilə 500 000 dollar zəmanət verilməsinə dair müzakirələrdən sonra azad ediblər. Sara Şörd Omanda tibbi müayinədən keçib.

XS
SM
MD
LG