Accessibility links

İranda həbsdə olan amerikalıların taleyi qeyri-müəyyən olaraq qalır [Video]


İranda həbsdə olan amerikalıların taleyi qeyri-müəyyən olaraq qalır
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Çoxsaylı jurnalistin İran danışıqları ilə bağlı məlumat yaydığı vaxt, İran əsilli amerikalı Əmir Hikmətinin ailəsi İranda 4 ildir həbsdə olan Əmirin azadlığa buraxılması çağırışlarının mediyada işıqlandırılcağına ümid edir.

Birləşmiş Ştatlar Hərbi-Dəniz Qüvvələrinin sabiq əsgəri Əmir Hikməti İrana nənəsini görməyə gedir. İki həftə sonra o həbs edilir və cəmi 15 dəqiqə çəkən məhkəmə ona həbs qərarı çıxarır.

Bu onun bacısı Sara Hikmətidir: “Bir həftədən sonra cəmi 15 dəqiqə çəkən məhkəmə ona qarşı əsasən casusluq olmaqla, bir çox ittiham irəli sürdü və ölüm hökmü çıxardı.

“Sonradan ittihamlar götürüldü, lakin Əmir düşmən ölkə üçün işləməkdə ittiham edilir və hələ də həbsxanadadır” deyə, Saranın həyat yoldaşı Rami Kürdi bildirir. “Heç bir dəlil olmadığına görə bu yaxınlarda Ali Məhkəmə ittihamı geri götürdü. Ona qarşı yalnız, İran qanununa görə cinayət sayılan düşmən ölkə ilə əməkdaşlıq ittihamı irəli sürülüb. Amerika düşmən ölkə deyil.”

Onun sözlərinə görə, Əmirə qarşı əməkdaşlıq ittihamı, onun ABŞ ordusunda xidmətinə görə irəli sürülüb. Əmir dogma vətəni İrana getməzdən əvvəl bu ölkənin vətəndaşlığını qəbul edib.

Rami Kürdi hazırda Vyanada İranla Birləşmiş Ştatlar arasında nüvə proqramı və sanksiyaların götürülməsi ilə bağlı danışıqlar getdiyi vaxt, Əmirin azadlığını təmin edən hüquqi əsasların olduğunu deyir,.

Sara Hikməti deyir ki, onun ailəsi qardaşına tibbi yardım və azad edilməsi üçün həm İran, həm də Birləşmiş Ştatlar diplomatlarına müraciət etmək məqsədilə Vyanaya gedib. “Mən qardaşımın evə qayıtmasını istəyirəm. Mən atamın oğlunun əlindən tutmasını istəyirəm, mən anamın ürəyinin sakit vurmasını istəyirəm, mən onun olmadığı boşluğun dolmasını istəyirəm.”

Birləşmiş Ştatlar prezidenti Bapak Obama Hikməti və İran mənşəli Amerikalı jurnalist Ceyson Rezaian da daxil olmaqla, İranda həbsxanada olan digər üç amerikalı ilə bağlı narahatlığını ifadə edib. “Amerika vətəndaşları, amerikalılar İranda saxlanır və biz nüvə proqramı ilə bağlı danışıqlarda təzyiqləri artırmalıyıq.”

Rəsmilər deyirlər ki, məhbusların ailələrinin tələbinin nüvə danışıqlarında irəli sürülməsi müzakirələri çətinləşdirə bilər. Konqres dinləmələri və qətnamələrinə baxmayaraq, ABŞ müzakirəçilərinin məhbusların taleyinə görə nüvə razılığını riskə atacağı gözlənilmir.

XS
SM
MD
LG