Accessibility links

ABŞ Senatı İrana qarşı daha sərt sanksiyalara dair qətnamə qəbul edib


ABŞ senatorları İrana qarşı daha sərt sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib. Qətnamədə İsrail özünü İrandan müdafiə etmək qərarına gələrsə, ABŞ-ın İsrailə dəstək verəcəyi də qeyd edilib.

ABŞ senatorları qətnaməni 99 lehinə, bir senator iştirak etmədiyinə görə 0 əleyhinə səslə qəbul edilib. Senator Robert Menendez səsvermənin Tehrana ciddi mesaj olduğunu deyib.

Nyu-Cersidən demokrat senator deyib ki, İrana dair səsvermə demokratlarla respublikaçıların yekdilliklə qəbul edtdikləri nadir razılıqlardandır.

Şimali Karolinadan respublikaçı senator Lindsey Qraham qətnamənin ABŞ-ın İsrailə sadiqliyinə dair suallara cavab olduğuna deyib.

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki elçisi Əli Əsgər Sultani Tehranın mövqeyini təkrarlayaraq, İranın nüvə proqramının dinc mahiyyət daşıdığını deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG