Accessibility links

İran və dünya dövlətləri nüvə razılığının növbəti mərhələsinə keçib


İran və dünya liderləri bu gün keçirilən nüvə danışığı zamanı mühüm irəliləyiş əldə ediblər. Belə ki, tərəflər nəhayətdə Tehrana nüvə ilə əlaqədar tətbiq edilən sanksiaların ləğvini nəzərdə tutan mərhələyə daxil olub.

Hər iki tərəf qeyri-rəsmi olaraq oktyabrın 18-ni Adoptasiya günü adlandıraraq Birgə Hərtərəfli Addım Planı kimi tanınan nüvə razılığının tətbiqinə başlamağa razılıq verib.

Növbəti dönüş nöqtəsi olacaq Tətbiq Günü isə hələlik müəyyən edilməyib.Həmin gün İran razılığın tətbiqini həyata keçirdiyinə görə Tehrana qarşı beynəlxalq sanksiyalar yüngülləşdirilməyə başlayacaq.

Son günlər İran rəsmiləri bildiriblər ki, ölkə razılığın tələblərinə ilin sonunadək əməl edə bilər.

XS
SM
MD
LG