İran və dünyanın 6 qüdrətli ölkəsinin nümayəndələri Tehranın nüvə proqramı ilə bağlı yekun razılıq əldə edilməsi məqsədi ilə danışıqların sonuncu raunduna başlayıb.
ABŞ, Britaniya, Fransa, Almaniya, Çin və Rusiya müzakirələri bu gün Vyana keçirir.
Dünən İran nüvə proqramının dinc mahiyyət daşıdığına dair konkret addımlar atacağına işarə edib. Xarici işlər naziri Cavad Zəif müzakirəçiləri danışıqların gərginliklərin artırılması yönümündə deyil, qarşılıqlı ehtiram şəraitində keçirilməsinə çağırıb.
Müzakirələrin yekunlaşdırılmasına dair möhlət iyul ayının 20-də başa çatır.
Razılıq İranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılması qarşılığında sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.
ABŞ dvölət katibi Con Kerri The Washington Post qəzetinə yazdığı məqalədə birldirib ki, İran liderləri dünyanı nüvə proqramının dinc mahiyyət daşıdığında əmin edə bilər. "Əks təqdirdə o ölkənin dilomatik və iqtisadi təcridi dərinləşək. "