Accessibility links

İranla nüvə sazişini imzalayan tərəflər Vyanada görüş keçirir


Bazar günü İranla nüvə sazişini imzalayan tərəflər Vyanada görüş keçirir.

ISNA xəbər agentliyinin məlumatına görə, İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi qanunvericilərə İranın Arak ağır su reaktorunda fəaliyyətlərini bərpa edəcəyini deyib.

Ağır sudan pluton istesalında istifadə edilir.

Vyana görüşündə Britaniya, Almaniya, Fransa, Çin, Rusiya və İran nümayəndələri iştirak edir.

ABŞ-la İran arasında gərginliklər Vaşqintonun ötən il nüvə sazişindən çıxması ilə daha da dərinləşib.

İran Vaşinqtonun aşağı səviyyəli uran zənginləşdirilməsinin dayandırılması tələblərini rədd edərək, bundan elektrik istehsalı üçün istifadə edildiyini bildirir.

İndiyədək İranın Natanza nüvə obyektində əldə edilən uranın 300 kq-lıq limitə çatmadan Rusiyaya göndərməsi imkanı var idi.

ABŞ bundan əlavə sanksiya güzəştləri olmayacağını bildirərək, İranın Arak obyektində istehsal edilən ağır suyun Omanda saxlanması üçün məhdidiyyəti 300 ton elan edib.

İran prezidenti Həsən Ruhani bildirib ki, Tehran neft və qeyri-neft sektoru mallarının idxalı ilə ABŞ sanksiyalarına müqavimət göstərməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG