Accessibility links

Xameneyi İran xalqının koronavirusla mübarizəsinin `gözqamaşdırıcı` olduğunun deyib


Dövlət televiziyası ilə xalqı Novruz bayramı münasibətilə təbrik edən İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi İranın Yaxın Şərqin koronavirusun ən çox yayıldığı bölgəsi olduğunu deyib və iranlıların virusla mübarizədə "gözqamaşdırıcı" addımlar atdığını deyib.

İranın ən yüksək rəsmisi olan Xameneyi ABŞ-ın sanksiyalarına və İranda 1400-dən çox insanın ölümünə, 20 minə yaxın insanın yoluxmasına səbəb olan koronavirusa dözən iranlılar üçün dəhşətli bir il olduğunu deyib.

"Bu qəhrəmanlıqlar tibbi qruplar, həkimlər, tibb bacıları, köməkçilər, menecerlər və xəstəxanalarda çalışan işçilər tərəfindən edildi" - deyə, koronavirusa yoluxduğuna dair şayiələrə baxmayaraq, sağlam görünən Xameneyi bildirib.

Çərşənbə günü Reuters agentliyi ilə əlaqə saxlayan Xameneiyə yaxın rəsmilər oun xəstələnməsi ilə bağlı şayiələri təkzib edib.

Novruz və ya fars dilində "yeni gün" ailələrin toplaşaraq, biri-birilərinə hədiyyələr verdiyi gün təqvimdə ən qədim və ən əlamətdar gündür. Lakin koronavirus bu il bu bayrama kölgə salıb.

"Keçən il İran milləti üçün dəhşətli bir il oldu. Daşqınlarla başlayan və koronavirusla başa çatan bir il oldu. Lakin bütün çətinliklərin öhdəsindən birliklə gələcəyik" - deyə, Xameneyi bildirib.

O, yeni ili "İstehsalın artdığı il" adlandırıb.

Prezident Həsən Ruhani də iranlılara mesajında xəstəliyə qarşı mübarizədəki cəsarətlərinə görə həkimləri və tibb bacılarını tərifləyib.

Birləşmiş Ştatlar bu həftə İrana "koronavirusun yayılması onu neft gəlirlərini boğan və iqtisadiyyatını təcrid edən sanksiyalardan xilas edə bilməz" - deyə, kəskin mesaj göndərib.

"ABŞ hökuməti İran vətəndaşlarını öldürməkdən qürur duyur. Ağ Ev insan həyatına tamamilə hörmətsizliyi və qeyri-humanizmliyi yeni bir səviyyəyə qalxıb” - deyə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter səhifəsində ABŞ-ın xəbərdarlığına reaksiya verib.

XS
SM
MD
LG