Accessibility links

İran-İlin yekunları


İran-İlin yekunları
please wait

No media source currently available

0:00 0:02:40 0:00
2013-cü il mötədil prezidenti hakimiyyətə gətirən seçkilər və nüvə proqramına dair beynəlxalq ictimaiyyətlə əldə edilən razılıqla İran üçün böyük dəyişikliklər ili olub. Lakin ekspertlər deyir ki, dəyişikliklərin nə qədər sürəcəyini 2014-cü il göstərəcək.

Noyabr ayında İranın xarici işlər naziri və onun 6 qüdrətli ölkədən olan həmkarlarının əldə etdiyi nüvə proqramına dair razılıq diqqətəlayiq bir iş oldu.
Hələ bir il əvvəl İran prezidenti Mahmud Əhmədinejad Qərbə qarşı sərt çıxışlar, müzakirələr masası arxasına keçməkdəm intina edirdi. Onun prezident kimi fəaliyyəti və beynəlxalq sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə endirdi.

Lakin iyun ayında iranlıların Həsən Ruhanini onun yerinə seçməsi vəziyyəti dəyişdi. İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi belə Ruhanini dəstəklədi.
Nüvə mübahisələrinin həlli iqtiqamətində atılan addımların kulminasiya nöqtəsi Cenevrədə qeydə alındı.

ABŞ diplomatı Riçard LeBaron hazırda Atlantik şurasında çalışır. “Mən mühüm dəyişiklik görürəm, lakin baş verənləri çox da yüksək qiymətləndirməməliyik..”
LeBaronun proqnozlarına görə, İranın uzunmüddətli razılıq imzalaması çağırışları mötədillərlə sərtxətt tərəfdarları arasında daxili çəkişmələrə yol aça bilər.

Lakin Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutununun eksperti Mark Fitzpatrik gələn aylarda müharibə deyil, müzakirələrə diqqət veriləcəyini deyir. “Əgər İranın nüvə proqramına məhdudiyyət qoyulmasa idi, İran gələn yayadək İsrailin qırmızı xəttini keçmiş olardı. Beləliklə də müharibə variantı qaçılmaz olardı. ”

Həm Fitzpatrick,həm də LeBaron İran liderlərinin nüvə silahı istehsal etmək niyyərləri olmadığına şübhə ilə yanaşır. Belə ki, onlar xalqı susdurmaq üçün sanksiyaların yüngülləşdirilməsi üçün gələcək variantlara vaxt qazanmaq istəyir.
Fitzpatrickin dediyinə görə, məsələ İranın nə qədər məhdudiyyət qəbul etməsindən və əgər nüvə silahı istehsalı qərarına gəlsə, bunun nə qədər sürəcəyindən asılı olacaq.

İrana 6 ay möhlət verilib. Ekspertlər isə İranın bu vaxt çərçivəsinə sığacağına inanmır.
XS
SM
MD
LG