Accessibility links

İran ABŞ-ın Yəməndə silahlarla bağlı ittihamlarına etiraz edir


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dövlət mediasına bildirib ki, İran Birləşmiş Ştatlar tərəfindən “əsassız ittihamları təqib edəcək". ABŞ Yəməndə huti üsyançılarını Səudiyyə Ərəbistanına hücum etmək üçün İranın təchiz etdiyi silahlardan istifadə etməkdə ittiham edib.

Dövlətə məxsus İslam respublikasının xəbər agentliyinin verdiyi məlumata görə, Zərif deyib ki, ABŞ-ın addmıları təhrikçi xarakter daşıyır və Birləşmiş Ştatlar “bu ittihamlar vasitəsilə günahsız yəmənlilərin bombardan edilməsinə dəstəyi gizlətməyə çalışır.”

İran 2014-cü ildə Yəmən paytaxtının nəzarətini ələ keçirmiş huti üsyançılarını dəstəklkəyir. Birləşmiş Ştatlar Yəmənin beynılxalq ictimaiyyət tərəfindən tanınmış prezidenti Əbdu Rabu Mənsur Hadiyə dəstək məqsədilə üç ilə yaxındır hutilərə qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanı dəstəkləyir.

ABŞ-ın BMT-dəki səfiri Hikki Heyli
ABŞ-ın BMT-dəki səfiri Hikki Heyli

Nyu Yorkda BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı İranın nüvə silahı istehsal etməsini qarşısının alınmasına yönəlmiş 2015-ci il razılığının həyata keçirilməsi ilə bağlı brifinq keçirilib. ABŞ-ın BMT-dəki səfiri Hikki Heyli iclas zamanı İranın Yəmənə silah transferi etdiyi məsələsini qaldırıb. Bu, təsdiq edilsə, həm hutilərə, həm də İranın özünə qarşı beynəlxalq silah embarqosunun pozulması ola bilər.

ABŞ səfiri deyib ki, Təhlükəsizlik Şurasının İrana təzyiq göstərmək üçün bir neçə variantı var. Buraya nüvə razılaşmasının şərtlərinin gücləndirilməsi, İranın ballistik raket fəaliyyətlərinə qadağanın təmin edilməsi üçün yeni qətnamənin hazırlanması və İrana qarşı Yəmənlə bağlı silah embarqosunun pozulması ilə əlaqədar sanksiyaların qəbul edilməsi daxildir.

Heyli keçən həftə paytaxt Vaşinqtonda hərbi bazada müxbirlərə hutilər tərəfindən Səudiyyə Ərəbistanına atılmış İran əsilli orta mənzilli raketin qalıqlarını nümayiş etdirib.

Yəmənin Huti üsyançıları Əl-Riyaddakı Yamama sarayının hədəf alındığını deyərək, Səudiyyə Ərəbistanının paytaxtına raket atıb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri isə çərşənbə axşamı həyata keçiriləcək hücum cəhdinin qarşısının alındığını bildirib.

Yəməndə müharibə ölkənin dinc əhalisinə böyük təsiri var.

BMT hava hücumlarının dekabrın birinci yarısında 136 mülki şəxsi və qeyri-döyüşçünü öldürdüyünü təsdiq etdiyini bildirib. Təşkilat münaqişə başlanandan 5558 mülki şəxsin ölümünü və 9000 nəfərin isə yaralandığını sənədləşdirdiyini bildirib.

XS
SM
MD
LG