Accessibility links

İran yeni bizneslər cəlb etmək üçün Avropaya üz tutur [Video]


İran yeni bizneslər cəlb etmək üçün Avropaya üz tutur
please wait

No media source currently available

0:00 0:02:04 0:00

İran yeni bizneslər cəlb etmək üçün Avropaya üz tutur

İran artıq biznesə açıqdır. Bu, Avropaya səfər edən prezident Həsən Ruhaninin mesajıdır. Nüvə proqramının məhdudlaşdırması müqabilində sanskiyaların aradan qaldırılması ilə İran ərazisində iqtisadi imkanları artırmağa və özünü illərdir davam edən beynəlxalq təcriddən azad etməyə başlayıb. Bununla belə, Yaxın Şərq üzrə bəzi ekspertlər Amerika şirkətlərinin yaxın zamanda orada iş quracaqlarını düşünmür.

Həsən Ruhani
Həsən Ruhani

Ötən həftə Fransaya səfər edən prezident Həsən Ruhani bu səfərin məqsədinin İranın Avropa İttifaqı ilə əlaqələri, eləcə də beynəlxalq münasibətləri gücləndimək olduğunu deyib.

Ruhani vaxt itirmədən 27 milyard dollar dəyərində 100 Aerobus sərnişin təyyarəsi alıb, bundan əlavə isə Fransa və İtaliya ilə bir neçə milyard dollarlıq sazişlər imzalayıb.

Bazar iqtisadçısı Piter Kardillonun fikrincə, məqsəd Qərbin İranla bağlı sərt möqveyinin yumşaldılmasıdır.

O deyir ki, bir çox şirkət İran bazarından pay almağa can atacaq.

Bu imkanlara baxmayaraq, Amerika şirkətləri ehtiyatlı davranmağa çalışacaq. Amerikanın Səsinin Fars Xidmətinə danışan Hudson İnstitutunun Yaxın Şərq üzrə eksperti Ken Uaynstinin sözlərinə görə, İranın nüvə razılığını pozmasının qarşısını almaq üçün hələ də ABŞ-ın İrana qarşı bəzi sansksiyaları davam edir.

Amerika şirkətlərinin baş hüquq məsləhətçiləri narahat olmalıdır çünki, bu sanksiyalar onların İranda fəaliyyətinə təsir göstərə bilər.
Ken Uaynstin

O deyir ki, Amerika şirkətlərinin baş hüquq məsləhətçiləri narahat olmalıdır çünki, bu sanksiyalar onların İranda fəaliyyətinə təsir göstərə bilər.

Seçki ilində ABŞ-ın apardığı ritorika da ABŞ-İran münasibətləri ilə bağlı qeyri-müəyyənliyi artıra bilər. Uaynstin hər şeyin İran hökümətinin hansı addımlar atmasından asılı olacağını deyir.

Onun sözlərinə görə, əgər İran rejimi ballistik raket proqramına, qonşu ölkələrdə apardığı təcavüzkar fəaliyyətlərə son qoysa, insan haqlarına, qadınların, azlıqların haqlarına hörmət etsə, sanksiya məsələsi artıq problem olmayacaq.

Təhlilçilər bildirir ki, İran Avropa şirkətləri ilə əlaqələr quraraq, mümkündür ABŞ və Avropa arasında uçurum yaratmaq istəyir. Amma İranın əsas gəlir mənbəyi olan neftin qiymətinin aşağı səviyyədə qalması ehitmalı yüksək olduğu üçün Piter Kardillo düşünür ki, İran ölkənin mənfəəti üçün əlverişli olanı edəcək.

İllərlə sürən təcriddən sonra İran öz ehtiyatlarını bazara çıxarmaq istəyir. 80 milyon əhalisi və illik istehsalı 400 milyard dollara bərabər olan İran 1991-ci ildə Sovet İttifaqı dağılandan bəri qlobal ticarət sisteminə daxil olan biləcək ən böyük iqtisadiyyatdır.

XS
SM
MD
LG