Accessibility links

İnsan Haqları Qrupu: İranın Zahedan şəhərində son bir ayda azı 185 nəfər həbs edilib


İnsan haqları qruplarından birinin bildirdiyinə görə, İranın cənub-şərqindəki Zahedan şəhərində etirazları boğmağa çalışan təhlükəsizlik qüvvələri tərəfindən son bir ayda azı 185 nəfər həbs edilib.

İranda sünni azlığın haqlarını izləyən "Haalvsh" qrupu məhbuslardan 125-nin şəxsiyyətini müəyyən etdiyini bildirsə də, əlavə edib ki, internetin tez-tez kəsilməsi və təhlükəsizlik orqanlarının ailələri təhdid etməsi səbəbindən məhbusların 185-dən də çox olduğu təxmin edilir.

Əfqanıstan və Pakistanla həmsərhəd olan Sistan və Bəlucistan vilayətlərində insanlar sentyabrın 30-dan, İslam Respublikası təhlükəsizlik qüvvələrinin nümayişləri zorakılıqla dağıdarkən etirazçıları qətlə yetirməsindən bəri hər cümə günü etiraz aksiyaları keçirir.

Zahedanda "Qanlı Cümə" adlandırılan qırğın zamanı təhlükəsizlik qüvvələri tərəfindən təxminən 100 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Ölkə boyu nümayişlər baş örtüyünü düzgün örtmədiyi iddiası ilə həbs edilən 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölərkən öldürülməsinə etiraz olaraq başlayıb.

Çabahar polis komandirinin 15 yaşlı qızi cinsi təcavüzə məruz qoyması xəbərindən sonra etirazlar daha da şiddətlənib.

"Bəluc Aktivistləri Kampaniyası"nın yanvarın 31-də bildirdiyinə görə, mülki geyimli təhlükəsizlik əməkdaşları Zahedanda iki bəluc gənci həbs edərək, onları naməlum yerə aparıb. Kampaniya həmin gənclərin Davud Rəxşani və Əkbər Qorqıc olduğunu müəyyən edib.

Sentyabrın 16-da Əmininin ölümünə qəzəb minlərlə iranlının daha çox azadlıq və qadın hüquqları tələbi ilə ölkə boyu küçələrə çıxmasına səbəb olub. Ölkə boyu yayılmış iğtişaşlar 1979-cu il inqilabından sonra İslam hökuməti üçün ən böyük təhlükəyə çevrilib.

ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin yanvarın 29-na olan məlumata görə, 71-i azyaşl olmaqla, iğtişaşlar zamanı azı 527 nəfər öldürülüb.

XS
SM
MD
LG