Accessibility links

“Təbrizin köhnəlmiş infrastrukturu bizi nigaran edir”


Təbrizin köhnəlmiş infrastrukturunun xəritəsi
Təbrizin köhnəlmiş infrastrukturunun xəritəsi

Kirmanşah vilayətində 500-ə yaxın vətəndaşın ölümü ilə nəticələnən zəlzələdən sonra İranın müxtəlif bölgələri, o cümlədən zəlzələ zonasında olan Təbrizdə binaların zəlzələyə davamlılığı ilə bağlı narahatlıqlar təkrar gündəmə gəlib.

Şərqi Azərbaycan Mülki Mühəndislər Birliyinin sədri Ali Tumari əsas narahatlığın son vaxtlar tikilmiş binalar deyil, şəhərin köhnəlmiş infrastrukturu ilə əlaqədar olduğunu ifadə edib.

“Son illərdə inşa edilən binaların gözlənilməz hadisələr qarşısında az xəsarət aldağını və ya xəsarət almayacağını düşünürəm. Məni Təbrizin köhnəlmiş infrastrukturu nigaran edir,” deyə cənab Tumarinin sözləri İSNA agentliyində dərc edilib.

Tumarinin ifadələrinə baxmayaraq, İran Azərbaycanı və ölkənin digər bölgələrində yeni tikintilərin təhlükəsizliyinə dair ciddi narahatlıqlar gündəmə gətirilir.

Zəlzələdə xəsarət alan "Mehr" adlı ictimai mənzil fondunun evləri, Kirmanşah vilayəti, İran
Zəlzələdə xəsarət alan "Mehr" adlı ictimai mənzil fondunun evləri, Kirmanşah vilayəti, İran

Bu narahatlıqları ortaya çıxaran əsas səbəb son illər tikilmiş “Mehr” adlı ictimai mənzil fondu evlərinin Kirmanşah zəlzələsində çökməsidir.

XS
SM
MD
LG