Accessibility links

İranda zəlzələ - Xəsarət alanlar var


İran iyulun 8-də Iranın cənub-qərb bölgəsində 5,7 bal gücündə zəlzələ olduğunu baş verib. Bir neçə binaya ziyan dəyib.

Rəsmi IRNA xəbər agentliyi zəlzələnin Tehrandan 450 kilometrdə yerləşən Xuzestan vilayətinin Məscid Süleyman şəhərində baş verdiyini bildirir.

Azı dörd nəfərin xəsarət aldığı xəbər verilir.

Şahidlərin qərb agentliklərinə bildirdiyinə görə, titrəyişlər şəhər mərkəzində binalara ziyan vurub, bir neçə köhnə bina tamamilə dağılıb.

Dövlət televiziyası ətraf kənd yerlərinə xilasedicilər göndərildiyini bildirir.

ABŞ Geoloji Xidməti isə zəlzələnin şəhərdən 28 km cənub-şərqdə, 10 km dərinlikdə baş verdiyini, bir neçəyeraltı təkanların qeydə alındığını qeyd edir

2003-cü ildə İranın cənubundakı Bam şəhərində 6,6 bal gücündə zəlzələdə 26 min nəfər həlak olmuşdu.

Seysmik zonada yerləşən İranda gündə ortalama bir zəlzələ baş verir.

XS
SM
MD
LG