Accessibility links

İran yerli internet səhifəsini reklam edir


Google elektron poçt xidmətinin bağlanması ölkədə narazılıqla qarşılanıb

İran rəsmiləri bu yaxınlarda Google və onun elektron poçt xidməti olan Gmail xidmətinə alternativ internet səhifəsinin açılacağını bildirir. Bəzi media nümayəndələri və hətta bəzi hökumət üzvləri Tehranın islam əleyhinə filmə etiraz olaraq Gmail xidmətini bağlamaq qərarını narazılıqla qarşılayıb.

İran hökuməti Google şirkətinin sahib olduğu YouTube səhifəsində Amerikada istehsal edilmiş qeyri-peşəkar filmə etiraz olaraq Gmail xidmətinin bağlanması haqda qərarı keçən həftə vermişdi.

75 milyon əhalisinin təxminən 32 milyonu internet istifadəçisi olan İranda bu qərar böyük narazılıqla qarşılanıb. Hətta bəzi hökumət meylli qəzetlər internet əlaqəsi kəsildiyinə görə şikayət edib.

İran rəsmiləri bu yaxınlarda Fəxr adlı yerli internet saytı və onun Fəcr elektron poçt xidmətinin təqdim ediləcəyini bildirib.

İranın dini rəhbərliyi uzun zamandır ölkə vətəndaşlarını, onların idafəsilə, Qərb dəyərlərini təbliğ edən internetdən çəkindirməyə çalışaraq, buna alternativ olaraq yerli internet şəbəkəsi yaratmaq niyyətində olduğuna işarə edirdi.
XS
SM
MD
LG