Accessibility links

İranda AİDS-ə yoluxanların 46 faizi 25-36 yaşlı gənclərdir


Azərbaycanda Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir
Azərbaycanda Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir

Ölkədə 93 min nəfər AİDS virusunun daşıyıcısıdır

İranda AİDS-ə yoluxmuş (24 735 nəfər) şəxslərin 46,1 faizi 25-36 yaşlı gənclərdir. Trend agentliyinin məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin AİDS ilə mübarizə idarəsinin rəisi Abbas Sədaqət deyib.

A.Sədaqət ölkədə narkotik maddələri iynə vasitəsilə qəbul etməklə AİDS-ə yoluxma hallarının azaldığını deyib və bildirib ki, cinsi əlaqə ilə AİDS-ə yoluxma halları artıb.
Onun sözlərinə görə, 1986-cı ildən 2011-ci ilədək cinsi yolla AİDS-ə yoluxmanın səviyyəsi 10 faiz təşkil edirdisə, indi (2011-2012-ci illərdə) bu göstərici 21 faizə qədər artıb.

İranın AİDS ilə Mübarizə Komitəsi ölkədə cinsi əlaqə ilə AİDS-ə yoluxma hallarının artması barədə xəbərdarlıq edib. Komitənin məlumatına görə, araşdırmalar göstərir ki, ölkədə 93 min nəfər AİDS virusunun daşıyıcısıdır, lakin bu virusa yoluxanların yalnız 25 minə yaxını qeydiyyata alınıb.

A.Sədaqət deyib ki, AİDS ilə mübarizə gücləndirilməzsə və maarifləndirmə işləri aparılmazsa, ölkədə bu virusa yoluxanların sayı 2015-ci ilədək 126 300 nəfərə qədər artacaq.

AİDS nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə AİDS-ə yoluxanların sayı kəskin artıb.
XS
SM
MD
LG