Accessibility links

İranda 27 min QİÇS xəstəsi var


 AİDS-logo
AİDS-logo

QİÇS-ə yoluxanlar son 12 ildə 9 dəfə artıb

İranda 27 min nəfər immun çatışmazlığı virusuna (QİÇS) yoluxmuş xəstə var.
APA agentliyinin məlumatına görə, bunu İranın səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.

Onun sözlərinə görə, ölkədə bu virusa yoluxanların sayı 2001-ci ildən bəri, yəni son 12 ildə 9 dəfə artıb: “Hazırda İranda QİÇS-ə yoluxma yolu dəyişib. Belə ki, cinsi yolla yoluxma halı tədricən dominant amilə çevrilir. Əgər 2001-ci ildə 10% cinsi yolla bu virusa yoluxurdusa, ancaq 2012-ci ildə bu göstərici 33%-ə çatıb”.

Ə.Ə.Səyyari deyib ki, QİÇS-ə yoluxma halları küçə uşaqları və əhalinin digər təbəqələri arasında yayılıb: “Hətta Tehranda bu göstərici 45 dəfə artıb. Bununla bağlı Tehran şəhərində min küçə uşağı arasında bir sorğu keçirilib. Nəticədə onların 0,8%-nin QİÇS xəstəliyinə yoluxması faktı ortaya çıxıb. Bu isə ölkə əhalisinin 0,1%-i deməkdir. Bu sorğu həmin uşaqların narkotik maddələrə aludə olduqlarını da ortaya çıxarıb. Belə ki, onlardan 15%-nin narkotik maddələrdən istifadə etmək kimi təcrübəsi olduğu üzə çıxıb. Eyni zamanda onlardan 72%-i dostlarının narkotik maddələrdən istifadə etdiklərini deyiblər”.
İran səhiyyə nazirinin müavini vurğulayıb ki, yaşları 15-18 arasında olan respondentlərin 29%-i heç bir qoruyucu vasitə olmadan cinsi əlaqədə olduqlarını söyləyiblər: “Küçə uşaqları arasında QİÇS xəstəliyinə yoluxma halı cəmiyyətdə təhlükənin artmasından xəbər verir”.
XS
SM
MD
LG