Accessibility links

İran və Azərbaycan birgə müdafiə komissiyası yaradacaq


Möhsün Pakayin
Möhsün Pakayin

İran və Azərbaycan birgə müdafiə komissiyası yaratmaq barədə razılığa gəliblər. Bu barədə aprelin 21-də keçirilən mətbuat konfransında İranın Bakıdakı səfiri Möhsün Pakayin bildirib.

Bu razılıq İranın müdafiə naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin yekunlarına görə əldə olunub. Komissiyaya hər iki ölkənin müdafiə nazirləri rəhbərlik edəcək, deyə səfir bildirib.

O əlavə edib ki, komissiyanın məqsədi “təhlükəsizlik, o cümlədən sərhəd təhlükəsizliyi məsələləri üzərində birgə iş” olacaq.

“Bundan başqa, hərbi-texniki əməkdaşlıq məsələlərinə baxılacaq”, deyə diplomat bildirib.

Eyni zamanda, iki ölkə dini radikalizmə qarşı birgə mübarizə haqqında razılıq əldə edib, o qeyd edib.

İkitərəfli münasibətlərin digər aspektləri haqqında danışan səfir bildirib ki, İran və Azərbaycan arasında Astara şəhərində yeni körpü tikintisi haqqında razılıq əldə olunub.

“Düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə zəruri addımlar atılacaq”, diplomat bildirib.

Astara-Rəşt-Qəzvin dəmir yolu layihəsi İran ərazisində yeni dəmiryolu qolunun tikintisini nəzərdə tutur. Bu dəmir yolu Azərbaycanın Astara şəhərini İranın Astara, Rəşt və Qəzvin şəhərləri ilə birləşdirəcək

XS
SM
MD
LG