Accessibility links

Berndə, Haaqada və Kiyevdə İranda yaşayan azərbaycanlılara dəstək aksiyaları keçirilib

Noyabrın 28-də Avropa Azərbaycanlıları Milli Birlik Şurası İranda yaşayan azərbaycanlılara qarşı haqsızlığa etiraz olaraq İsveçrənin Bern, Hollandiyanın Haaqa və Ukraynanın Kiyev şəhərində “Stop Persian Rasizm” aksiyası keçirilib. Bu barədə Amerikanın Səsinə aksiyanın təşkilatçılarından Laçın Məmişov bildirib.

Onun sözlərinə görə, eyni gündə və eyni saatda dünyanın müxtəlif ölkələrində baş tutan aksiyalarda İranda baş verən son hadisələrə, dövlət TV kanalında Azərbaycan türklərinin təhqir olunmasına, azərbaycanlıların həbs olunmasına etiraz şüarları səsləndirilib.

Daha çox yüklə

XS
SM
MD
LG