İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində daha bir tanınmış azərbaycanlı fəal həbs edilib.
APA agentliyinin məlumatına görə, Mahmud Fəzli 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı Urmiyə gölü ilə bağlı məsələni müzakirə edərkən, 28 azərbaycanlı fəalla birgə tutulub.
Məhkəməyə qədər zəmanətlə müvəqqəti azadlığa çıxan M. Fəzlinin işinə Təbriz İnqilab Məhkəməsində baxılıb və 1 il həbs cəzası verilib.
Qərarın icrası üçün dekabrın 31-də İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("Ettelaat") əməkdaşları azərbaycanlı fəalın evinə gələrək, onu həbs ediblər.