Accessibility links

İranlı deputat: Ölkənin dərman ehtiyatı 2 aya tükənir


İran parlamentinin deputatı Rəsul Xəzri
İran parlamentinin deputatı Rəsul Xəzri

İran xarici şirkətlərdən aldığı dərmanların pulunu ödəməyə bilmədiyindən dərmanları vaxtlı-vaxtında idxal edə bilmir

İran parlamentinin dərman və gigiyena komissiyasının üzvü Rəsul Xezri noyabrın 11-də jurnalistlərə açıqlama verib.

“Media forum” saytının məlumatına görə, dava-dərman qıtlığından danışan Rəsul Xezri vəziyyətin böhranlı olduğunu bildirib: “İranda dərman ehtiyatı iki aya tükənir. Səhiyyə naziri dərman idxalı üçün ayrılmış vəsaitin nəyə sərf edildiyini bilmir. Nazirliyin standartlarına görə, anbarlarda ən azı 6 ay üçün dərman ehtiyatı saxlanmalıdır. Lakin son məlumatlarda bəlli olub ki, hazırda anbarlarda saxlanan dərman ehtiyatı iki aya qədər tükənir”.

Rəsul Xezri deyib ki, İran beynəlxalq sanksiyalar səbəbindən xarici şirkətlərdən aldığı dərmanların pulunu ödəməkdə məhdudiyyətlərlə üz-üzə qaldığına görə dava-dərmanı vaxtlı-vaxtında idxal edə bilmir, bu isə qıtlığa gətirib çıxarır.
XS
SM
MD
LG