Accessibility links

Azərbaycan 21 məhbusu İrana verib


Həbsxana
Həbsxana

Martın 2-də Azərbaycan 21 nəfər iranlı məhbusu cəzalarının qalan hissəsini çəkmək üçün ölkəsinə təhvil verib. Təhvilvermə Astara sərhəd-keçid məntəqəsində olub.

İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, təhvil verilənlərin 3 nəfəri qadın olub.

Məhbusların təhvil verilməsi iki ölkə arasında məhbusların mübadiləsinə dair sənədə əsasən həyata keçirilib.

Hazırda Azərbaycan həbsxanalarında İran vətəndaşı olan 128 məhbus var. 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır.

XS
SM
MD
LG