Accessibility links

İran Milli Neft Şirkəti: Xəzər dənizində 700 metr dərinlikdə neft tapılıb


İran Xəzərdə neft tapıb
İran Xəzərdə neft tapıb

Əhməd Kəlabani deyib ki, Xəzər dənizində “Sərdar cəngəlliyi” hövzəsində neft ehtiyatlarının aşkarlanması İranın iftixarıdır. Bu neft yatağında bir neft təbəqəsinin dəyəri 50 mlrd. dollardır.

“İran Xəzər dənizində 700 metr dərinlikdə neft tapıb”. APA agentliyinin məlumatına görə, bunu İran Milli Neft Şirkətinin rəhbəri Əhməd Kəlabani Xəzər dənizində neftin tapılması münasibətilə düzənlənmiş mərasimdə bildirib.
Onun sözlərinə görə, İranda ilk neft quyusu əcnəbilər tərəfindən qazılıb: “Ancaq, Xəzər dənizindəki qazıntı işləri tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçirilib. İran Xəzər dənizində əcnəbilərdən kömək almadan neft yataqlarını kəşf edən tək ölkədir. Xəzər dənizində “Sərdar cəngəlliyi” hövzəsində neft ehtiyatlarının aşkarlanması İranın iftixarıdır. Xəzər dənizindəki bu yeni neft yatağında bir neft təbəqəsinin dəyəri 50 mlrd. dollardır”.
Ə.Kəlabani əlavə edib ki, İran Xəzər dənizindən sonra Oman dənizində də neft və təbii qaz yataqlarının aşkarlanması üçün kəşfiyyat işlərinə başlayacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG