Accessibility links

İran diplomatı Norveçdən sığınacaq istəyib


Norveç
Norveç

Norveç hökuməti diplomatın və ailəsinin hazırda harda olduğunu açıqlamır və bunu təhlükəsizlik arqumenti ilə əsaslandırır

İranın Norveçdəki səfirliyinin ikinci katibi Məhəmmədrza Zare Norveç dövlətindən sığınacaq istəyib.

“Media forum” saytının məlumatına görə, Məhəmmədrza Zarenin hansı səbəbdən Qərbə sığındığı bilinmir.

Norveç mətbuatının yazdığına görə, Məhəmmədrza Zare siyasi sığınacağı Norveç hökumətindən iki ay əvvəl vəkili vasitəsilə istəyib. Məhəmmədrza Zare ailəsi ilə birlikdə naməlum ünvana köçürülüb. Norveç hökuməti onun və ailəsinin hazırda harda olduğunu açıqlamır və bunu təhlükəsizlik arqumenti ilə əsaslandırır.
Norveç hökumətinin iranlı diplomata rəsmən siyasi sığınacaq verib-vermədiyi hələ bilinmir.

Məhəmmədrza Zare son dörd ildə Qərbə sığınan 5-ci İran diplomatıdır. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra İran diplomatları Məhəmmədrza Heydəri, Hüseyn Əlizadə, Fərzad Fərhəngiyan və Əhməd Məleki Qərbə sığınaraq İrana qayıtmaqdan imtina ediblər.
XS
SM
MD
LG