Təşkilatçılar etiraz aksiyası keçirilməsi ilə bağlı müraciət etsələr də, Bakı meriyası piketə icazə verməyib.
Aksiya iştirakçıları səfirliyin 10 metrliyində polis tərəfindən saxlanılıb, lakin polis aksiyanın keçirilməsinə mane olmayıb. Piketin qətnaməsi oxunub və sənəd səfirliyə təqdim edilib.
Qətnamədə deyilir ki, İranda həbs olunmuş gənc ədiblər Fərid Hüseyn və Şəhriyar Hacızadə Bakı və Tehran arasında qarşıdurmanın girovuna çevrilib. Azərbaycanda həbs olunmuş İran KİV-nin müxbirləri də analoji vəziyyətə düşüb.
“Biz İran hakimiyyətini söz azadlığına hörmətlə yanaşmağa və heç bir qanunu pozmayan, sərhəddin keçilməsi qaydalarının pozulması kimi uydurma ittihamla saxlanılan azərbaycanlı ədibləri azad etməyə çağırırıq”, - sənəddə vurğulanır.
Xatırladaq ki, ədiblər mayın 2-də Tehrandan Bakıya gələrkən Təbrizdə saxlanılıb. Avqustun 7-də Təbrizdə onların məhkəməsi olacaq.
Rəsmi Bakı İran Xarici İşlər Nazirliyinə beş nota göndərərək onların azad olunmasını tələb edib. Yalnız bir həftə öncə İran hakimiyyəti Azərbaycanın Təbrizdəki konsulluğunun işçisinin həbs olunanlara baş çəkməsinə icazə verib.