Accessibility links

İran şairlərin valideynləri ilə görüşünə icazə verib


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə

Nazir Elmar Məmmədyarov xatırladıb ki, Vyana Konvensiyasına görə xarici vətəndaş saxlandıqdan sonra 24 saat ərzində öz ölkəsinin konsulu ilə görüşünə imkan verilməlidir.

İran hakimiyyətinin bu ölkədə həbs olunmuş gənc azərbaycanlı şairlərin öz doğmaları ilə görüşməsi üçün şərait yaratması düzgün addımdır. Lakin ilk növbədə onlara imkan verilməlidir ki, azərbaycanlı konsul ilə görüşsünlər. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran hakimiyyətinin gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin valideynləri ilə görüşünə razılıq verməsini şərh edərkən bildirib.
Bu razılaşma Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun səyləri nəticəsində əldə olunub. Hazırda tərəflər görüşün təşkili və müddətini razılaşdırır.
Nazir xatırladıb ki, Vyana Konvensiyasına görə, xarici vətəndaş saxlandıqdan sonra 24 saat ərzində öz ölkəsinin konsulu ilə görüşünə imkan verilməlidir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə iki dəfə - iyulun 15-də və 17-də İranın Şərqi Azərbaycan əyalətinin qubernatoru ilə görüşüb. Son görüşdə qubernator bildirib ki, görüşlə bağlı Tehranın razılığı alınıb. Lakin gənclərin nədə ittiham olunduğunun səbəbləri barədə suala cavab alınmayıb. Ailə üzvlərinin həbs olunanlarla nə zaman görüşəcəyi də açıqlanmır.
Gənc azərbaycanlı şairlər aprelin 29-da Tehranda şer müsabiqəsinə dəvət edilib. Tədbirdən sonra mayın 2-də onlar Təbrizdə mülki geyimli şəxslər tərəfindən həbs edilib.
Azərbaycan tərəfi İrana 5 etiraz notası göndərib, bu ölkənin Azərbaycandakı səfiri və naziri qarşısında problemi qaldırıb. Amma, İran hələ də Azərbaycanı qane edən cavab verməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG