İranda 100-dən artıq yazıçı və şair birgə bəyanat yayaraq kitab çapı üzərindən senzuranın ləğv olunmasını tələb edib.
İranda kitab çap etdirmək istəyən hər bir yazıçı, şair əvvəlcə əsərini İslam İrşad və Mədəniyyət Nazirliyinə təqdim etməlidir. Nazirlikdə əsər oxunub araşdırılır, çox vaxt əsərin bəzi hissələri çıxarılır və ya dəyişdirilir, yalnız bundan sonra kitabın çapına lisenziya verilir.
“Media forum” saytının məlumatına görə, yazıçıların birgə bəyanatında deyilir ki, kitab çapına qoyulan məhdudiyyətlər, əsərlərin çapdan öncə nazirlikdə senzuraya məruz qoyulması ölkədə kitaba marağı azaldıb.
“75 milyon nəfərdən çox əhalisi olan və əhalisinin əksəriyyəti gənclərdən ibarət olan ölkədə 5 il əvvəl kitabın orta tirajı 2 min nüsxə idisə, hazırda hökumət senzurasının kəskinləşməsi sayəsində kitabların tirajı 1000-ə enib. Bu isə yazıçıların şəninə və xalqın kitaba olan sevgi və etimadına böyük zərbədir”.
Bəyanatı imzalayanlardan şair Fərxundə Hacızadə jurnalistlərə deyib: “Yazıçı, şair zəhmət çəkib ortaya əsər qoyur, bir qrup məmur isə əsərin qol-budağını kəsib onu məhv edir. Biz bu prosesin əleyhinəyik. Biz kitab çapı üçün hər hansı lisenziya alınmasının ləğv olunmasını istəyirik”.