Accessibility links

İran Azərbaycanla viza rejimini bərpa edib


Viza
Viza

Tehranda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü ilə əlaqədar Azərbaycan vətəndaşlarına İrana səfər üçün viza rejimi tətbiq olunacaq

İran Azərbaycanla viza rejimini müvəqqəti olaraq bərpa etməsi barədə nota ilə çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan notada deyilir ki, bu ilin avqustunda Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə görüşü ilə əlaqədar avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarına İrana səfər etmələri üçün viza rejimi tətbiq olunacaq.
Xatırladaq ki, İran 2011-ci ildən birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib. İran bu ilin yazında İsrail xarici kəşfiyyat orqanlarının Azərbaycan ərazisindən istifadə etməklə Tehranda nüvə alimlərinin qətlə yetirilməsi barədə nota verib. Azərbaycan isə ittihamları əsassız sayıb və İranı xüsusi xidmət orqanları vasitəsi ilə Azərbaycan vətəndaşlarını ələ almaqla ölkədə terrora cəhddə günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG