Accessibility links

Sanksiyalarla üzləşən İranda azərbaycanlılar faktoru [Video]


Sanksiyalarla üzləşən İranda azərbaycanlılar faktoru
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Amerika Birləşmiş Ştatları avqust ayının 7-sindən etibarən Tehrana qarşı İranın istehal sahələri, maliyyə sektorunu hədəf alan sanksiyaların ilk raundunu bərpa edib.

İranda son zamanlar iqtisadi durumun ağırlaşması Tehran və başqa şəhərlərdə etirazların keçirilməsinə səbəb olub.

Ekspertlərin fikrincə ABŞ sanksiyalarının İranda iqtisadi-siyasi durumun daha da ciddiləşəcəyinə gətirib çıxaracaq.

Güneyli fəal Saleh Kamrani Amerikanın Səsinin müsahibəsində Tehrana qarşı sanksiyaların İranda yaşayan azərbaycanlıların iqtisadi durumuna təsir edəcəyini bildirib.

“Azərbaycanlıların durumu sanksiyalardan əvvəl də ayrı-seçkiliyə görə ciddi şəkildə pisləşmişdi. İşsizlik, Azərbaycan bölgələrindən fars bölgələrinə köçmə, yəni çörək dalınca getmək, ayrı bir şey üçün yox. Vəziyyət çox ağır idi. Sanksiyalardan sonra daha da ağır oldu.”

Birləşmiş Ştatlar İranla bağlı yeni strategiyanın əsas məqsədinin ölkədə rejim dəyişikliyi deyil, Tehran rəhbərliyini davranışını dəyişməyə vadar etmək olduğunu bildirir.

Saleh Kamraninin sözlərinə görə, Birləşmiş Ştatlar İranda hər hansı bir dəyişikliyə nail olmaq üçün siyasətində etnik azərbaycanlılar nəzərə alınmalıdır.

"Amerika hətta rejim dəyişikliyinə getməsin, rejimin dəyişdirilməsinə doğru əgər ciddi şəkildə bir siyasəti varsa və bu məsələdə sadiqdirsə, o zaman azərbaycanlıları ciddiyə almalıdır. Azərbaycanlılar ciddi bir gücdürlər.”

ABŞ prezidenti Donald Tramp bu ilin mayında ölkəsinin 2015-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaları yenidən bərpa etdiyini açıqlayıb.

ABŞ-ın bu addımı İran iqtisadiyyatına cidi zərbə vurub, ölkənin milli valyutası real dollara nisbətdə dəyərinin demək olar ki, yarısını itirib.

İranın ali dini lideri Ayətullah Əli Xameneyi isə bidirib ki,İran daha yaxşı idarəçiliklə ABŞ-ın sanksiyalarına müqavimət göstərə və onları aradan qaldıra bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG