İranda müxalifətin veb-səhifəsində bildirilir ki, Mahmud Əhmədinejadın kəskin tənqidçilərindən olan tanınmış mühafizəkar ruhaninin oğlu həbs edilib. Kaleme və Rahesəbz veb səhifəsi məlumat verir ki, həkim və tanınmış hökumət-əleyhinə bloqqer Mehdi Xazəli milli təhlükəsizlik əleyhinə və ictimai rəyin pozulmasında ittiham edilərək həbs olunub. Çərşənbə günü həbs edilən blogger Tehranın Evin həbsxanasında sorğu-suala edilib. Son illər Xazəli geniş oxucu səhfəsində cənab Əhmədinejad haqda açıq, tənqidi materialllar yazırdı. Bu materilalların bir neçəsi beynəlxalq ictimiayyətin diqqətini cəlb edib. İranın parlament seçkilərindən kənarlaşdırılandan sonra iki il müddətində, o, öz komentarialarını kəskinləşdirmişdir.
Mehdi Xazəli milli təhlükəsizlik əleyhinə və ictimai rəyin pozulmasında ittiham edilir