Accessibility links

İranda prezident seçkiləri başa çatıb


Cümə günü İrada prezident seçkiləri keçirilir.

Prezident Həsən Ruhani İran iqtisadiyyatını pis idarə etdiyinə və Qərb ölkələri ilə imzaladığı nüvə razılığına görə onu tənqid edən mühafizəkar namizədlər tərəfindən kəskin rəqabətlə üzləşir.

Ruhani siyasi gələcəyini İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasına gətirib çıxaran nüvə razılığına əsaslamışdı. Lakin onun əsas rəqibi İbrahim Rəisi bank və maliyyə xidmətlərinə qarşı sanksiyaların davam etdiyinə görə bu razılığı qınayıb.

Siyasi təhlilçilər və bəzi kiçik miqyaslı rəy soğularının iştirakçılarının əksəriyyəti Ruhanini dəstəkləyir.

Bundan əlavə tarix də Ruhanidən yanadır, çünki 1981-ci ildən bəri hər prezident ikinci dönəmə seçilib.

Amma cümə günü o, dörd namizəd arasında əksər səsləri əldə edə bilməsə, nəticə bir həftə sonra seçkinin ikinci raundunda ən çox səs alan iki namizəd arasında keçiriləcək səsvemədən sonra bəlli olacaq.

İranın 1979-cu il İslam İnqilabından sonra tətbiq edilən hökümət sisteminə əsasən, bütün namizədlər dini panel tərəfindən nəzərdən keçirilməlidir. İran dövlət siyasəti ilə bağlı son sözü Ali ruhani desə də, prezident də hökümətdə böyük nüfuza sahibdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG