Accessibility links

İranlı-amerikalılar kimə səs verəcək? [Video]


İranlı-amerikalılar prezidentliyə namizədlərə reaksiya verir
please wait

No media source currently available

0:00 0:02:41 0:00

İranlı-amerikalılar prezidentliyə namizədlərə reaksiya verir

İranlıların Ameikada ən böyük icması Los-Ancelesdə yerləşir. İran-Amerika Milli Şurasının hesablamalarına görə Amerikada bir milyon iranlı yaşayır. Rəy sorğuları isə onlardan 87 faizinin Birləşmiş Ştatlar seçkilərində səs vermək üçün qeydiyyatdan keçdiyini göstərib. Bu o deməkdir ki, iranlı-amerikalıların prezidentliyə namizədlər Donald Trampla Hilları Klinton barədə qəti qərarları var.

Mənim fikrimcə namizədlər iranlılara hörmət etməlidir. Dünya ictimaiyyəti İranın korrupsiyalı rejimini İran xalqı ilə qarışdırmamalıdır.
Rza

İranlılara məxsus biznesləri Los-Ancelesin qərbindəki Vestvud məhəlləsinin çox yerində görmək olar. Burada dalğalanan bayraqlar 1979-cu ildəki İran inqilabından əvvəlki bayraqlardır. Azı 30 ildir “İran meydanı” adlanan bu yerdə “Jordan Market” yerləşir.

Rza adlı bu şəxs prezident seçkilərinə münasibətini bildirir: “Mənim fikrimcə namizədlər iranlılara hörmət etməlidir. Dünya ictimaiyyəti İranın korrupsiyalı rejimini İran xalqı ilə qarışdırmamalıdır. Yaxşı olardı ki, cənab Tramp yalan danışmağı dayandıraydı və iranlılara hücumlara son qoyaydı.”

Birləşmiş Ştatlarda 40 ilə yaxınıdr yaşayan “Jordan Market”in sahibi Fərid Xanlu namizədlərdən heç birinə səs verməyəcəyini deyir. “Trampın sözünə etibar yoxdur. Klinton isə iqtisadiyyat üçün pisdir. Bu, mənim üçün də pisdir, çünki mən Obamacare sığortasına görə 30 min dollar ödəyirəm.”

Qarşıdakı “Toçal” mağazasının sahibi Todd Xodadadi: “Mən Respublikaçı olduğum üçün Donald Trampı dəstəkləyirəm. Onu dəstəkləməyimin əsas səbəbi iqtisadiyyatdır. Mən inanıran ki, o prezident olsa iqtisadi seçim də olacaq.”

Zöhrə Foruhi keçən seçkilərdə Respublikaçılara səs vermişdi, lakin bu dəfə fərqli olacaq. “Mən Hillariyə səs verməyi düşünürəm. Keçən dəfə Respublikaçıya səs vermişdim, indi fikrimi dəyişmişəm.”

Mən Hillariyə səs verməyi düşünürəm. Keçən dəfə Respublikaçıya səs vermişdim, indi fikrimi dəyişmişəm.
Zöhrə Foruhi

Daxili siyasətə gəldikdə isə həftəlik İran qəzetinin müxbiri Bican Xəlili iranlı-amerikalıların Trampa daha çox rəğbət bəslədiyini deyir. “Bu, ümumiyyətlə Birləşmiş Ştatlar ictimaiyyətində olduğu kimidir, fikirlər müxtəlifdir.”

Digərləri isə Trampın siyasi baxışlarından ehtiyat edir. “O, azlıqlar haqda aqressiv danışır. O, Birləşmiş Ştatlar və dünya üçün təhlükəli olan bir ekstremistdir,” deyə Rza bildirir.

Son rəy sorğuları iranlı-amerikalıların 40 faizinin ya müstəqil, ya da heç bir partiyaya mənsub olmadığını göstərib. Növbəti həftələrdə namizədlər onların səsləri uğrunda çarpışacaqlar.

XS
SM
MD
LG