Accessibility links

İran məhkəməsi ibadətgaha hücuma görə Tacikistan vətəndaşına ölüm hökmü çıxarıb


Şah Çeraq
Şah Çeraq

İranın məhkəmə sistemi keçən ay Şiraz şəhərindəki Şah Çeraq ziyarətgahına iki nəfərin ölümü ilə nəticələnən hücuma görə Tacikistan vətəndaşı Rəhmətullah Nouruzofu edam cəzasına məhkum edib.

Fars Əyalətinin Ədliyyə İdarəsinin rəhbəri Kazım Musəvi bildirib ki, Nouruzof hücumda əsas şübhəli şəxsdir və o, İslam Dövləti (İD) ilə əlaqələrini etiraf edib.

Mustafa İslam-Yar kimi də tanınan Nouruzof avqustun 13-də Şah Çerəq məbədinə silahlı basqın etdikdən sonra "Tanrıya qarşı müharibə", "Yer üzündə korrupsiya" və "Milli təhlükəsizliyə qarşı sui-qəsd"də ittiham olunub.

Mizan xəbər agentliyi onun ittihamlardan ikisi üzrə ölüm cəzasına məhkum edildiyini bildirib.

Avqust ayında Şirazdakı Şah Çeraq ziyarətgahına hücum bir il ərzində ikinci hücum olub. ISNA xəbər agentliyi ilkin məlumatlarında hücum zamanı 4 nəfərin öldüyünü, azı 7 nəfərin yaralandığını bildirsə də, Mizan bu yaxınlarda ölənlərin sayının 2 olduğunu bildirib.

2022-ci ilin oktyabrında 13 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən hücumun məsuliyyətini İslam Dövləti öz üzərinə götürmüşdü.

İranın Kəşfiyyat Nazirliyi 2022-ci il noyabrın 7-də yaydığı bəyanatında "ölkə daxilində hücumları istiqamətləndirən və koordinasiya edən əsas elementin" Azərbaycan vətəndaşı olduğunu bildirib. O, həmçinin iş üzrə əsasən Azərbaycan, Tacikistan və Əfqanıstandan olan 26 xarici vətəndaşın saxlanıldığını bəyan edib.

Dekabr ayında Şah Çeraq hücumu ilə əlaqəsi olan daha beş şəxsə qarşı ittiham irəli sürülüb.

2023-cü ilin əvvəlində Şiraz İnqilab Məhkəməsi onlardan ikisini, Məhəmməd Ramez Rəşidi və Seyid Nayim Haşimi Qətalini açıq edam cəzasına məhkum edib. Onların beşinin də xarici ölkə vətəndaşları və İslam Dövləti terror qruplaşmasının üzvləri olduğu müəyyən edilib. Saxlanılan qalan 3 nəfər uzunmüddətli həbs cəzası alıb.

İyul ayında iki əfqan vətəndaşının edam edilməsi məhkəmə prosesinin ədalətli keçdiyi və onların günahını sübut edən dəlillərin olmasını sual edən hüquq müdafiəçilərinin narahatlığı ilə qarşılanıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG