Accessibility links

Qərbi Azərbaycan vilayətində iki sosial media fəalı həbs edilib


İranın kiber polisi Qərbi Azərbaycan vilayətinin Makı (Maku) şəhərində iki sosial media fəalını “rəsmiləri təhqir etmək” ittihamı ilə nəzarət altına alıb.

Makı polis komandiri bu barədə İSNA xəbər agentliyinə məlumat verib.

Polkovnik Hüseyn Şəhriyar deyib ki, “kiber polisimizin ekspertləri internet təhlükəsizliyini təmin etmək istiqamətində sosial mediada müşahidə apardıqları zaman, ölkə məsullarını təhqir etmək və ictimai rəydə təşviş yaratmaqla məşğul olan bir Instagram səhifəsi ilə qarşılaşıblar.”

İSNA-nın bildirdiyinə görə, Makı şəhərinin kiber polisi mövzu ilə bağlı iki nəfəri saxlayıb.

“Şəhərin kiber polisi bu istiqamətdə 24 saatdan az bir müddətdə iki nəfəri həbs edib. Tutulanlardan biri paylaşılan videolarda rəsmiləri təhqir edən, digəri isə filmləri çəkən şəxsdir,” deyə xəbər ageltliyində dərc edilib.

İSNA həmçinin əlaqədar Instagram səhifəsinin qapadıldığını bildirib. Nəzarət altına alınanların kimliyi ilə bağlı məlumat verilməyib.

Polkovnik Şəhriyarın dediklərinə görə, “ölkə məsulları və rəsmilərə qarşı hər növ təhqir, yalan xəbər yaymaq, habelə dövlət qurumlarına qarşı ictimai rəydə təşviş yaratmaq və İran İslam Respublikasının təhlükəsizliyi, prestiji və mənafeyinə qarşı fəaliyyət göstərmək cinayət hesab olunur. Kiber polisi bunu edənlərə qarşı qanuni ölçüləri götürəcək.”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG