Accessibility links

İrana məxsus F-14 döyüş təyyarəsi qəzaya uğrayıb, ölən yoxdur


İyunun 18-də İran ordusuna məxsus F-14 döyüş təyyarəsi texniki nasazlıq səbəbilə İsfahan bögəsində qəzaya uğrayıb. Bu barədə İranın xəbər agentlikləri məlumat verib.

İRNA-nın məlumatına görə, Pilot və ikinci pilot təhlükəsiz şəkildə təyyarədən tullana biliblər və kiçik xəsarətlər alıblar.

“Hava Qüvvələrinə məxsus F-14 döyüş təyyarələri bu səhər İsfahanda Şahid Babaei bazasına enməyə çalışdığı zaman missiya zamanı texniki nasazlıq yaşayıb,” İRNA bildirib.

Ordunun İsfahandakı ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəsul Motamədi Fars xəbər agentliyinə bildirib ki, ABŞ istehsalı olan döyüş təyyarəsi ərazidə təlim missiyası həyata keçirirdi.

İranın hava qüvvələri 1979 İslam İnqilabından öncə alınan ABŞ istehsalı hərbi təyyarələri, habelə Rusiya istehsalı olan MiG və Suxoy döyüş təyyarələrinə malikdir.
Qərbin onillərdir tətbiq etdiyi sanksiyalar ehtiyat hissələri və köhnələn donanmanı dəstəkləməyi çətinləşdirib.

May ayında İrana məxsus döyüş təyyarəsi ölkənin mərkəzində bir səhrada qəzaya uğrayıb, nəticədə hər iki pilot həyatını itirib. Fevralda isə bir döyüş təyyarəsi Təbriz şəhərində bir futbol meydançasına çırpılıb, nəticədə hər iki pilot və bir mülki vətəndaş həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG