Yerli medianın bildirdiyinə görə, ibtidai məktəbin direktoru idman dərsində zalı yığışdırmağa yardım edərkən baş örtüyü sürüşüb düşdüyü üçün 11 yaşlı iranlı qızın ölkənin hicab qanununa əməl etmədiyini deyərək onu döyüb.
"Qızım sinifdə idman ləvazimatlarını toplayarkən baş örtüyü bilməyərəkdən sürüşüb. Müdir buna kəskin reaksiya verib və onun boynunun arxasından vurub", Tehranda nəşr olunan Etemad qəzeti yanvarın 28-də hadisə qurbanının anasına istinadən məlumat verib. Qızın adı açıqlanmayıb.
Ana bunun bir neçə həftədir məktəbə getməyən övladının panik ataklarına və ciddi narahatlığına səbəb olduğunu və bununla əlaqədar polisə şikayət etdiyini deyib.
İranın Ədliyyə orqanının tibbi ekspertiza idarəsi qızda fiziki xəsarət əlamətlərinin olduğunu təsdiqləyərək, "qız uşağına vurulan emosional travmanın aradan qaldırılması üçün psixoloji terapiyaya ehtiyacı olduğunu" deyib və təzminat ödənilməsini təklif edib.
Hicab və ya İslami baş örtüyü İran İslam İnqilabından iki il sonra, 1981-ci ildə 9 yaşdan yuxarı qızlar və qadınlar üçün məcburi olub. Bu, etirazlara səbəb olsa da, yeni hakimiyyət tərəfindən tez bir zamanda yatırılıb.
Bir çox qadın bu illər ərzində hicab qaydasını pozub və məmurların məqbul saydığı geyim qaydalarının sərhədlərini aşıb.
Əsasən qız məktəbləri olmaqla, İran məktəbləri 2022-ci ilin sentyabrında baş örtüyü ilə bağlı olduğu iddia edilən pozuntuya görə polis nəzarətində olarkən Məhsa Əminin ölümündən sonra hicabla bağlı iğtişaşların mərkəzinə çevrilib.
Hökumət yenə tələbə şəhərciklərini zorakı repressiyalara məruz qoyaraq, nümayişçilərə dəstək verdikləri üçün bir çox müəllimi ya işdən çıxarıb, ya da həbs edib.
Artıq bir çox təhsil müəssisələrində məhdudiyyətlər sərtləşdirilib. Müəllimlərə təzyiq göstərilir, bir çox tələbə isə hər hansı fikir ayrılığı bildirdikdə ciddi intizam tədbirləri ilə üzləşir.
Fəalların HRANA xəbər agentliyinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri hökumətə qarşı geniş narazılığı boğmağa çalışarkən
71-i azyaşlı olmaqla, 500-dən çox insan ölüb.
Etirazlar dağıdılarkən minlərlə insan həbs edilib, ədliyyə sistemi etirazçılara ölüm hökmü də daxil olmaqla, sərt hökmlər çıxarıb.
Forum