Accessibility links

İranın nüvə razılaşması birmənalı qarşılanmır


İran və Qərb arasında tarixi razışma

ABŞ prezidenti Barak Obama çərşənbə günü Ağ Evdə keçiriləcək mətbuat konfransında tarixi nüvə razılaşması ilə bağlı ətraflı çıxış edəcəyi gözlənilir.

New York Times-a verdiyi müsahibədə cənab Obama Vyanada əldə edilmiş razılaşma nəticəsində İranın uzun illər çalışdığı nüvə silahı proqramını tam dayandırması ilə nəticələnəcəyini söyləyib.

ABŞ Konqresindəki əksər respublikaçılar isə cənab Obamanın nikbinliyi ilə razılaşmır.

Razılaşma İranın gələcəkdə nüvə silahı əldə etməsi imkanlarını zəiflətsə də, nüvə proqramının dinc məqsədlər üçün istifadəsində heç bir məhdudiyyətlər qoymayacaq.

Öz növbəsində isə, ABŞ və digər beş ölkə İrana qarşı tədbiq edilən iqtisadi sanksiyaları aradan qaldıracaq, xaricdə dondurulmuş milyardlarla dollar vəsaitin ölkəyə geri qaytarılmasını təmin edəcəklər.

İran prezidenti Həsən Ruhani televiziya ilə müraciətində bu razılaşmanın ölkənin xarici münasibətlər tarixində yeni bir səhifə olduğunu bildirib.

Çərşənbə axşamı əldə edilən razılaşma İran və Qərb arasında 12 illik soyuq münasibətlərdən sonra tarixi bir kompromis kimi yadda qalacaq.

XS
SM
MD
LG