Accessibility links

İranın nüvə razılığına dair danışıqlar bərpa edilib


ABŞ dövlət katibi Con Kerri və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avstriyada nüvə razılığının əldə olunması istiqamətində növbəti raund danışıqlara başlayıb.

Cənab Kerri və Zərif bu gün Avropa Birliyinin xarici siyasət rəhbəri Frederika Mogerini ilə görüşüb və danışıqlarda iştirak edən digər xarici işlər nazirləri ilə məsləhətləşiblər.

Almaniya xarici işlər naziri Frank Uolter Şteynmayer və fransalı həmkarı Loren Fabius artıq Vyanadadır. Britaniya xarici işlər naziri Filip Hammondun bu gün gəlməsi gözlənilir.

Rusiya və Çin xarici işlər nazirləri isə tərəflər razılığa yaxınlaşdığı təqdirdə Vyanaya gələcəklərini bildiriblər.

İran və altı dünya qüdrəti arasında razılıq İranın uran zənginləşdirməsi proqramını dayandırmaqla İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq məqsədi daşıyır.

Bunun qarşılığında İranın iqtisadiyyatını zəiflədən sanksiyalar yüngülləşdiriləcək və tədricən tamamilə aradan qaldırılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG