Accessibility links

İranda aprel ayının 1-i İslam Cümhuriyyəti günü kimi qeyd edilir


İranda aprel ayının 1-i İslam Cümhuriyyəti günü kimi qeyd edilir
İranda aprel ayının 1-i İslam Cümhuriyyəti günü kimi qeyd edilir

İranın 1979-cu il islam İnqilabından sonra aprel ayının 1-i İslam Cümhuriyyəti günü elan edilib. Şahın devrilməsi ilə nəticələnən inqilabİran xalqının hökumətin dəyişdiriməsi səsverməsinə yol açmışdı. Aprel ayının 1-i İran rejimi “İranın müstəqilliyi və azadlığı” və İran xalqının iradəsi günü kimi qələmə verir.
Lakin o vaxtdan 32 keçməsinə baxmayaraq, “müstəqillik və azadlıq” ifadələrini İranla qarşılaşdırmaq olmaz.
Yaxın Şərqdə avtokrat hökumətlərə qarşı etirazların davam etdiyi bir vaxt İran liderləri onlar əleyhinə çıxanlara qarşı qəddar repessiyalarından əl çəkmir.

Fevral ayında hökumətin təhlükəsizlik qüvvələri İranın iki müxalifət lideri Mir Hüseyn Musavi və Mehdi Kərrubini xanımları ilə bərabər ev dusdaqlığına məruz qoyub. Onlar dünya ilə bütün təmalardan məhrum edilib.

Mart ayının 30-da Mir Hüseyn Musavinin atası Mir İsmayıl Musəvinin dəfn mərasimində 7 müxalif fəal həbs edilmişdi.
Jurnalitlər, vəkillər, insan hüquqları müdafiəçiləri, qanun hüquqları fəalları daxil edilməklə, yüzlərlə siyasi məhbus həbsxanalarda dəhşətli şəraitdə saxlanılır. Siyasi məhbusların əsassız ittihamlarla edamlarının sayı-hesabı yoxdur. İnsan hüquqları sahəsində pozuntular, BMT ilə əməkdaşlıqdan imtina edilməsi, azadlqıların boğulması kimi açınacaqlı vəziyyət BMT-nin İrandakı vəziyyətlə bağlı xüsusi məruzəçi təyin etməsinə yol açıb.

ABŞ prezidenti Barak Obama bu yaxınlarda Yaxın Şərqdəki vəziyyətlə bağlı danışarkən demişdi ki, regionun azadlıq və etibarlı idarəçiliyə can atdığı göz qabağındadır.”Misir kimi ölkələr bizi ruhlandırır, ümidlərimizi artırır. Lakin İran kimi ölkələr də var ki, orada dəyişiklik istəyi qəddarcasına məhv edilir”.

Prezident Obama deyib ki, İran və digər avtoritar ölkələrin liderlərinə qarşı hərəkat susdurula bilməz. Yeni nəsil hüquqları və imkanlarından məhrumiyyəti qəbul etməyəcək.
”Azadlıq tərəfdarları həmişə ABŞ-da dost tapacaq”.

XS
SM
MD
LG