Dünya liderləri illərdir davam edən danışıqlardan sonra çərşənbə axşamı əldə olunan İranla nüvə razılığında irəli sürülən şərtləri yerinə yetirmək üçün bir sıra tədbirlər görməlidirlər. Təhlilçilər İran və altı dünya qüdrəti arasında əldə olunan 150 səhifəlik razılığı nəzərdən keçirdikləri üçün artıq sazişi təhlil edə bilirlər.
Vyanda 18 gündən sonra İran və altı ölkə arasında əldə olunan tarixi razılaşma bununla nəticələnib: Sevinc, təbliklər və söhbətlər.
Lakin dünyanın razılığı qeyd etməsi üçün ilk öncə ABŞ Konqresi 60 gün ərzində razılığı təsdiq etməlidir. Amma bu Respublikaçıların xoşuna gəlmir.
Respublikaçı Konreqsmen Ron Desantis deyir ki, bu saziş İrana səlahiyyət verir və İran üçün bomba düzəltməyi asanlaşdıraraq, dünyanı daha təhlükəli bir yerə çevirir.
Bundan əlavə bəzi Demokratlar da sazişin əleyhinədirlər. Buna baxmayaraq, prezident razılığı rədd edən hər hansı bir qanun layihəsinə veto qoya bilər.
Qəribədir ki, İranda da vəziyyət buna bənzərdir.
Təhlilçi Robert Einhornun fikrincə, İranda sərt-xətt tərəfdarları razılığın əleyhinə çıxacaqlar. O zaman isə qanunu qəbul edib, həyata keçirmək ali ruhani liderin əlində olacaq.
İranda sərt-xətt tərəfdarları razılığın əleyhinə çıxacaqlar. O zaman isə qanunu qəbul edib, həyata keçirmək ali ruhani liderin əlində olacaqRobert Einhorn
İranın nüvə proqramını məhdudlaşdırmaq məqsədilə tədbiq olunan sanksiyalar neft ixracatını 50 faiz azaldaraq ölkənin iqtisadiyyatına böyük ziyan vurub.
Lakin çərşənbə axşamı əldə olunan razılıqdan sonra BMT diplomatları sanksiyaları aradan qaldıracaq qətnaməni nəzərdən keçirirlər. Bu həftə isə Təhülkəsizlik Şurasının cari ilin sonunda qüvvəyə minəcək bu qətnamə üzərində səsvermə keçirəcəyi gözlənilir.
Tehran razılığın şərtlərini pozduğu təqdirdə, sanksiyalar bərpa olunacaq.
Amma İran şərtləri yerinə yetirsə, Vyanada iştirak edən altı dünya qüdrəti digər sanskiyaları da aradan qaldıraraq, milyardlarla dollar dəyərində dondurulmuş vəsaitlərin üzərindən qadağaları götürəcək.
Carnegie Fondunun əməkdaşı Ceyms Aktonun fikrincə Avropa İttifaqı sanskiyaların tezliklə aradan qaldırılmasına razı olacaq. Lakin onun sözlərinə görə, razılığın şərtlərinin həyata keçməsi asan olmayacaq.
Sazişə əsasən silah embarqosu daha beş il, raket embarqosu isə səkkiz il davam edəcək. Ancaq bəzi şərtlər yerinə yetirilsə bu müddət qısaldıla bilər.
İranın uran alıb, saxlamaq imkanları böyük nisbətdə məhdudlaşdırılacaq. Bu arada isə İranda yerləşən nüvə obyektlərinin təftişlərinin gələn aylar ərzində artacağı gözlənilir.