Accessibility links

Tanınmış iranlı jurnalisti sərbəst buraxılıb


Mideast Iran Journalists
Mideast Iran Journalists

Saxlanmasının səbəbləri ictimai şəkildə açıqlanmayan iranlı jurnalist iki ay yarımdan sonra sərbəst buraxılıb.

Əbu-Dabidə yerləşən The National (Milli) qəzetinin müxbiri Yeganə Salehi iyulun 22-də Vaşinqton Post qəzetinin Tehran bürosunun rəhbəri olan həyat yoldaşı Ceyson Rzayanla birlikdə nəzarət altına alınmışdı.

Hər iki mətbuat orqanı bu gün Rzayanın qardaşına istinadən bildirib ki, xanım Salehi azad edilsə də, Rzayan hələ də həbsdə saxlanır. Hər iki jurnalistin səhhətinin qənaətbəxş olduğu bildirilir.

İkili vətəndaşlığı olan Rzayan həm ABŞ, həm də İran pasportuna malikdir. Vaşinqton Post-un beynəlxalq siyasət üzrə redaktoru Duqlas Cel yenidən Rzayanın sərbəst buraxılması üçün müraciət edərək deyib ki, İran rəsmilərinin Ceysonun azad etməsinin və hər iki jurnalistin ölkəni tərk etməsinin vaxtı çoxdan çatıb.

XS
SM
MD
LG