Accessibility links

Iranlı jurnalistin qardaşı mühakiməni pisləyir [Video]


Iranlı jurnalistin qardaşı mühakiməni pisləyir
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Iranlı jurnalistin qardaşı mühakiməni pisləyir

Əli Rezayan deyib ki, Tehranın iranlı-amerikalı jurnalisti hansı səbəblə məhkum etməsini anlamaq çox çətindir.

İran rəsmiləri artıq bir ildən çoxdur həbsdə olan The Washington Post qəzetinin jurnalisti Ceyson Rezayanla bağlı hökmün oxunduğunu bildirsələr də, detalları açıqlamayıblar. Amerikanın Səsinin fars şöbəsinə müsahibə verən jurnalistin qardaşı Əli Rezayan deyib ki, Tehranın iranlı-amerikalı jurnalisti hansı səbəblə məhkum etməsini anlamaq çox çətindir.

Ceysonun azad olunub evə gəlməsi üçün tələb olunan hər şeyə razıyam
Əli Rezayan

Məhkəmə prosesi ictimaiyyətə bağlanandan sonra amerikalı jurnalist Ceyson Rezayanla bağlı hökm çıxarıılb. Bu barədə İranın dövlət mediyası məlumat verib.

Əli Rezayan Amerikanın Səsinə qardaşına bu barədə xəbərdarlıq edilmədiyini bildirib.

“O hökm barədə televiziya xəbərlərindən öyrənib. Bu qəddarlıqdır.”

Əli Rəzayan casusluq ittihamı ilə artıq 14 aydır həbsdədir. Jurnalistin vəkilinin nə hökmlə bağlı bir məlumatı var nə də məhkəmə qərarını görüb. Onun bildiyini yeganə şey qərara etiraz etmək üçün 20 günlərinin olmasıdır.

“Bunu anlamaq tamamilə imkansızdır. Ceyson 14 aydır həbsdədir. Onun məhkəməsi isə 10 həftə öncə bitib.”

İran prezidenti Həsən Ruhani deyib ki, Rezayan ABŞ-da həbsdə olan iranlılar mübadilində azad edilə bilər.

“Ceysonun azad olunub evə gəlməsi üçün tələb olunan hər şeyə razıyam.”

Rezayanın The Washington Post-dakı fəaliyyəti 2012-ci ildə başlayıb. Çərşənbə axşamı Ağ Evin sözçüsü Coş Ernest Rezayanın məhkmə işinin ədalətsiz aparıldığını deyib.”

“Bu proses ərzində iranlılar nə etmək istədikləri barədə səmimi olmayıblar.”

The Washington Post Rezayanın azadlığa buraxılmasına çağırıb. Qəzetin icraçı redaktoru bu hökmü “amansız ədalətsizlik” adlandırıb.

XS
SM
MD
LG