Accessibility links

İranlı Messi ilə tanış olun


Futbol ulduzu Lionel Messinin inanılmaz bənzəri olan iranlı tələbə bu yaxınlar ictimai asayişi pozduğuna görə az qala həbs ediləcəkdi.

Reza Parateş yaşadığı Həmədan şəhərində futbol fanatları üçün fotosessiya təşkil edib. Nəticədə, şəkil çəkdirmək istəyənlərin sayı o qədər çox olub ki, polis küçəni bağlamaq məcburiyyətində qalıb.

Parateş atasının məsləhətilə Barselonanın 10 nömrəli formasını geyinərək, insanlarla şəkil çəkdirməyə başlayandan sonra sürətlə məşhurlaşmağa başladı. Nəticədə o, televiziya verilişlərinin qonaq kimi dəvət olunur və hətta modellik sahəsində işə də düzəlir.

“İnsanlar məni iranlı Messi kimi tanıyır və məni görən kimi foto çəkdirmək istəyirlər” deyən Parateş əlavə edib ki, ətrafdakılara xoşbəxtlik bəxş etdiyi üçün çox məmnundur.

Parateş peşəkar futbolçu deyil. Amma deyilənə görə o, bəzi futbol fəndləri öyrənir ki, Messiya daha çox bənzəyə bilsin.

Messi ilə bir gün üz-üzə gəlmək istədiyini deyən Parateş zarafatla əlavə edib ki, “dünya tarixinin ən yaxşı futbolçusu olmaq asan deyil və əminəm ki, Messi çox məşğuldur. Mən isə o çox məşğul olan vaxt onun təmsilçisi ola bilər.”

XS
SM
MD
LG