Accessibility links

Avropa Birliyi BMT-nin yeni sanksiyalarına qoşuldu


Yeni sanksiyalara İranın əsas yanacaq və təbii qaz sektoruna yeni investisiya, texniki yardım və texnologiya köçürülməsi qadağaları daxildir

Avropa Birliyi liderləri ABŞ və BMT-yə qoşularaq Tehranın mübahisəli nüvə proqramı səbəbilə İrana 4-cü raund sanksiyaların tətbiqi barədə razılıq verib. Birlikdə bu gün qəbul olunan ölçülərə İranın əsas yanacaq və təbii qaz sektoruna yeni investisiya, texniki yardım və texnologiya köçürülməsi qadağaları daxildir. Sanksiyalar dünyanın ən böyük qaz yataqlarından bir neçəsinə malik İrana maliyyə təzyiqi göstərilməsini nəzərdə tutub. ABŞ-ın ölçüləri genişləndirməsindən sonra BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyalar tətbiq etmişdi.

XS
SM
MD
LG