Accessibility links

İraq və ABŞ Mosulda mülki əhali arasında ölüm halları haqda xəbərləri araşdırır


İraq hökuməti Mosulun qərbində 100-dən çox mülki vətəndaşın ölümülə bağlı xəbərləri araşdırdığını bildirib, lakin insan ölümlərinə ABŞ-ın başçılığı ilə koalisiyanın hava hücumlarının səbəb olduğuna dair işarənin olmadığını vurğulayıb.

İraq hökumətinin bazar günü açıqladığı rəsmi bəyanatda İŞİD tərəfindən minaların yerləşdirildiyi dağılmış binaların altından 61 cəsədin çıxarıldığını bildirib. Lakin bəyanatda deyilir ki, binaların yaxınlığında maşına yerləşdirilmiş bomba aşkar edilsə də, binaların koalisiya qüvvələrinin hava hücumları nəticəsində dağıldığına dair işarə yoxdur.

"Bizim qüvvələr hələ də şiddətli döyüşlərdə iştirak edir. Təhqiqatlar davam edir"-deyə bəyanatda bildirilir.

ABŞ-ın başçılığı ilə koalisiya Mosulun İŞİD-dən azad edilməsi uğrunda döyüşlərdə hava hücumları həyata keçirdiyini etiraf edib.

Mosulda son günlər nələrin baş verdiyini dəqiqləşdirmək çətindir.

Koalisiya açıqladığı bəyanatda koalisiya qüvvələrinin son hava hücumları zamanı Mosulun Cidideh məhəlləsində 100-dən çox insanın öldüyü ilə bağlı iddialarla əlaqədar "mülki əhali arasında ölüm halları ilə bağlı rəsmi yoxlamanın başlanıldığı" deyilir.

"Bizim məqsədimiz mülki əhali arasında tələfatların sıfra bərabər olmasıdır. Lakin koalisiya İraq tərəfdaşları qarşısında öhdəliyindən geri çəkilməyəcək. Çünki İŞİD mülki əhalini terrorizə etmək, əhalidən insan qalxanı kimi istifadə etmək və məktəblər, xəstəxanalar, dini məbədlər və sakinlərin yaşadığı məhəllələr kimi yerlərdə döyüşlər aparmaq kimi qeyri-humanist taktikalardan istifadə edir"-deyə koalisiya qüvvələrinin bəyanatında bildirilir.

Bəyanatda həmçinin bildirilir ki, koalisiya həmin rayonda İŞİD-in hədəflərinə qarşı müntəzəm olaraq hücumlar keçirir və koalisiya qüvvələri mülki əhaliyə zərər riskinin azaldılması üçün hava hücumlarının planlaşdırılması və həyata keçirilməsi zamanı bütün lazımi ölçüləri götürür.

İŞİD mülki əhalini terrorizə etmək, əhalidən insan qalxanı kimi istifadə etmək və məktəblər, xəstəxanalar, dini məbədlər və sakinlərin yaşadığı yerlərdə döyüşlər aparmaq kimi qeyri-humanist taktikalardan istifadə edir.
Koalisiya qüvvələri

ABŞ-ın şənbə günü açıqlamasından öncə Birləşmiş Ştatların Mərkəzi Komandanlığının nümyəndəsi, polkovnik Con Tomas New York Times qəzetinə bildirib ki, hərbi qüvvələr Mosulun qərbində partlayışın Amerika, ya da koalisiya qüvvələrinin hava hücumu və ya da İŞİD-in minaları nəticəsində baş verib-vermədiyinə əmin deyil.

Lakin İraq hərbi qüvvələrinin komandiri, general mayor Maan Əl-Saadi hadisələrin necə baş verdiyini bildiyini deyib. O, New York Times qəzetinə deyib ki, hava hücumlarının əsas məqsədi Mosulun Cidideh məhəlləsindəki üç evin damında İŞİD-in snayperləri hədəf almaq olub. Lakin generalın sözlərinə görə, onun hərbi qüvvələrinin evlərin zirzimilərində mülki əhalinin olduğu haqda məlumatı olmayıb.

Mosul ətrafındakı ərazinin qubernatoru Naufal Hammadi Fransa xəbər agentliyinə bildirib ki, İŞİD cihadçıları sakinlərdən "insan qalxanı" kimi istifadə etmək üçün onları binanın zirzəmisinə toplayıb.

"İŞİD terror təşkiları İraq qüvvələrinin Mosulda irəliləməsinin qarşısını hər cəhdlə almağa çalışır" deyə o bildirib.

Mosulun İŞİD-in nəzarətində olan hissəsində hələ də yrım milyondan çox insanın qaldığına inanılır.

Yerli əhali, humanitar yardım qrupları və vəziyyəti monitorinq edən rəsmilər İŞİD-ə qarşı hərbi hava və artilleriya hücumları gücləndikcə mülki əhali arasında mümkün itkilərin arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG