Accessibility links

İraqda Əl-Qaidə qrupun iki liderinin öldürüldüyünü təsdiq edib


ABŞ və Iraq rəsmiləri əl-Masri və əl-Bağdadini aprelin 18-də onların Tikrit şəhərində gizləndikləri yerdə birgə əməliyyat keçirilən zaman qətlə yetirmişdilər.

Iraqda əl-Qaidə bir həftə əvvəl ABŞ və İraq hərbi qüvvələrinin birgə əməliyyatı zamanı qrupun iki liderinin qətlə yetirildiyni təsdiq edib.

Bu gün islamçıların veb səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, Əbu Əyyub əl-Masri və Əbu Ömər əl-Bağdadi ABŞ və İraq hərbi qüvvələrinin raket hücumu zamanı görüşdə olublar.

Bəyanatda İraq İslam dövləti militant qrupunda yüksək səviyyəli şəxsə istinadən qətlə yetirilmiş əl-Qaidə komandirlərinin cihad aparan dönməz mübariz olduqları bildirilir.Militant qrup üzvlərini mübarizəni davam etdirməyə çağırıb.

ABŞ və Iraq rəsmiləri əl-Masri və əl-Bağdadini aprelin 18-də onların Tikrit şəhərində gizləndikləri yerdə birgə əməliyyat keçirdiyi zaman qətlə yetirmişdilər.

XS
SM
MD
LG