Accessibility links

İraqda toy məclisinə hücum


İraq rəsmilərinin bildirdiyinə görə, beş nəfər intiharçının toy mərasiminə hücumu zamanı azı 15 nəfər həlak olub.

Fransa xəbər agentliyi bazar günü Kərbəla şəhərindən 50 km-lik məsafədə yerləşən Ain Əl-Tamerdə həyata keçirilən hücum zamanı 20 nəfərin də yaralandığını bildirib.

Mərkəzi Fərat Əməliyyatlar Komandasının başçısı Qeys Xələf hücumçuların Kalaşnikov avtomatları və qumbaralarla silahlandıqlarını, hücumçulardan birinin özünü partlatdığını, digərlərinın isə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Rəsmilər hücumun məsuliyyətini öz üzərinə götürən olmadığını, lakin bu kimi son hücumların İslam Dövləti tərəfindən həyata keçirildiyini deyib.

XS
SM
MD
LG